Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər Zəfər Gününə həsr olunub
, 2024
Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər Zəfər Gününə həsr olunub
Almaniyanın Berlin şəhərində yerləşən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər 8 Noyabr – Zəfər Gününə həsr olunub. Bütün tədris qruplarında Vətən müharibəsindəki şanlı qələbəmizə, milli qürurumuza, qəhrəman şəhid və qazilərimizə dərin hörmət və minnətdarlığın ifadəsi kimi xüsusi dərslər keçirilib.
Mərkəzin sədri Sevda Badaliouri və müəllimləri Xəyalə Çiftçi, Pərvanə Aslanovanın təşəbbüsü ilə keçirilən dərslərdə uşaqlar və yeniyetmələr bu əlamətdar günün tarixi əhəmiyyətini öyrənib, vətən sevgisi, milli birliyimiz haqqında məlumatlandırılıb, öz doğma dillərində vətənpərvərlik mövzularında söhbətlər aparıblar.
Dərslərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 44 günlük Vətən müharibəsində qazanılan zəfəri əks etdirən videomateriallar göstərilib, qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Şagirdlər bu dərslərdə milli birliyi aşılayan müxtəlif fəaliyyətlərdə iştirak edib, ana dilimizdə tariximiz haqqında yeni biliklərə yiyələnib.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Evi 2022-ci ildə açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evində həftəsonu Azərbaycan dili məktəbi və Ritm rəqs dərnəyi fəaliyyət göstərir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/xari-bulbul-azerbaycan-medeniyyet-evinde-novbeti-dersler-zefer-gunune-hesr-olunub-5249
Son Güncelleme: 15 Kasım 2024 | Etiketler: Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Mədəniyyət Evində, Bakı, BAKÜ, dərslər, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, həsr, İş üzrə Dövlət Komitəsi, Muradov, növbəti, Öf, olunub, Republic, Republic of Azerbaijan, THE, Xarı bülbül, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində növbəti dərslər Zəfər Gününə həsr olunub, Zəfər Gününə
«Единая Россия» и МГЕР провели в Балашихе Московской области пешеходный квест
Лицей, спортплощадки, дороги: «Единая Россия» мониторит объекты Народной программы
В Санкт-Петербурге сторонники «Единой России» провели семейный фестиваль народных игр
Denis Pushilin: Donetsk Halk Cumhuriyeti sakinleri, Birleşik Rusya’nın ilk ön seçimlerinde yüksek bir katılım gösterdi
BİYOLOJİK GÜÇ TEORİSİ, DÜNYADA YENİ BİR GÜÇ PARADİGMASI TARTIŞMAYA AÇILDI
Birleşik Rusya 17. ön oylamasını gerçekleştirdi