Almaniyada yaşayan soydaşımız, “Siemens Energy” şirkətinin nümayəndəsi Yaşar Musayev siyasi karyerasında yeni uğura nail olub.
📌 https://t.co/PzIfw6hgxR pic.twitter.com/NcGWWtcE4D
— Azerbaijani Diaspora (@DiasporaAz) February 16, 2023
Almaniya sosial-demokratları azərbaycanlı mühəndisə etimad göstərib
, 2023
Almaniya sosial-demokratları azərbaycanlı mühəndisə etimad göstərib
Almaniyada yaşayan soydaşımız, “Siemens Energy” şirkətinin nümayəndəsi Yaşar Musayev siyasi karyerasında yeni uğura nail olub.
Yaşar Musayev bildirib ki, bu yaxınlarda Almaniya Sosial-Demokrat Partiyasının (SDP) Nürnberq şəhərindəki Şimal rayonu təşkilatının ümumi iclasında bölgə üzrə sədr müavini və İdarə Heyətinin üzvü seçilib.
Göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirən soydaşımız bundan sonra da SDP-nin demokratiya, insan haqları və ikinci vətəni olan Almaniyanın iqtisadi cəhətdən daha da güclü olması üçün əlindən gələni vicdanla yerinə yetirməyə hazır olduğunu söyləyib. “Əcnəbi mənşəyə malik şəxslərə Bavariyada bu cür etimadın göstərilməsinin nə qədər çətin və məsuliyyətli olmasını ən azı burada yaşayanlar yaxşı bilirlər”, – deyə soydaşımız vurğulayıb.
Qeyd edək ki, Yaşar Musayev Almaniya Azərbaycanlıları Alyansı idarə heyətinin üzvü, Baku-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri, Avropada tanınmış mühəndis-alim, dünyanın bir çox ölkələrində qeydiyyata düşmüş 60-dan çox patentin müəllifidir.
22-23 aprel 2022-ci il tarixində Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı olan Y.Musayev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə qurultay ərəfəsində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/almaniya-sosial-demokratlari-azerbaycanli-muhendise-etimad-gosterib-2401