Almaniyada azərbaycanlı bəstəkarın “Məryəm Ana” adlı konserti keçirilib
2024
Almaniyada azərbaycanlı bəstəkarın “Məryəm Ana” adlı konserti keçirilib
https://x.com/DiasporaAz/status/1852230644102754758
Almaniyanın Lemqo və Detmold şəhərlərində həmin ölkədə yaşayan azərbaycanlı bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının, “Qadınlar Musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının, Paderborn Universitetinin dosenti Xədicə Zeynalovanın təşkilatçılığı və rəhbərliyi ilə “Məryəm Ana” (“Ave Mariya”) adlı konsert keçirilib.
https://x.com/DiasporaAz/status/1852230644102754758
Konsertlərdə Xədicə Zeynalovanın təsisçisi və bədii rəhbəri olduğu “Səsin körpüsü” (“Bridge of Sound”) beynəlmiləl ansamblının və solistlərin ifasında bəstəkarın xalq mahnıları ilə eyniadlı “Ay Dilbər” və “Ay Laçın” əsərləri ifa edilib. Xədicə Zeynalova “Ay Dilbər”də Azərbaycan xalq mahnıları “Qaladan qalaya”, “Mürsəl” və “Ay Dilbər”i, “Ay Laçın”da isə “Bayatı-Şiraz” muğamı ilə xalq mahnısı “Ay Laçın”ı birləşdirərək yeni əsərlər yaradıb.
Konsertdə bəstəkarın 3 solist (soprano, messo-soprano, tenor), orqan və ansambl üçün bəstələdiyi, bəşəriyyəti və dinləri musiqi vasitəsi ilə birləşdirən “Məryəm Ana” (“Ave Mariya”) əsəri “Səsin körpüsü” beynəlmiləl ansamblının ifasında ilk dəfə səsləndirilib.
https://x.com/DiasporaAz/status/1852230644102754758
Xədicə Zeynalova “Məryəm Ana” əsərini 2020-ci ildə bəstələdiyini, bu əsərinin bəşəriyyəti tolerantlığa və sülhə çağırış ifadə etdiyini bildirib.
Bəstəkar Azərbaycan Respublikasının “Nizaminin 880 illiyi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib. Almaniyada nüfuzlu Fridrix Ebert Fondunun (Friedrich-Ebert-Stiftung) doktorluq üzrə təqaüdünə, Almaniya Mədəniyyət Nazirliyinin, “Musikfonds” və GEMA fondlarının mükafatlarına layiq görülüb. Almaniyanın Mədəniyyət Nazirliyi və “Klosterlandschaft OWL” fondu tərəfindən Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-azerbaycanli-bestekarin-meryem-ana-adli-konserti-kecirilib-5211
https://x.com/DiasporaAz/status/1852230644102754758
Son Güncelleme: 02 Kasım 2024 | Etiketler: Almaniya, Almaniyada azərbaycanlı bəstəkarın “Məryəm Ana” adlı konserti keçirilib, Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycanlı, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, keçirilib, konserti, Məryəm Ana, Muradov, Öf, Republic, Republic of Azerbaijan, THE
Vladimir Yakushev, MGER’in çalışan gençlik forumu düzenleme önerisini destekledi
Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardımlar davam edir
Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub
US-SEN Genel Başkanı Bekir Ayaz, Atletizm Federasyonu Başkanı Ahmet Karadağ’ı Ziyaret Etti
Cumhurbaşkanı Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin 41’inci kuruluş yıl dönümü nedeniyle Dr. Fazıl Küçük Bulvarı’nda düzenlenen resmigeçit töreninde konuştu
Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL