Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşünə dair mətbuat məlumatı

No:367/23, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşünə dair mətbuat məlumatı     FM <a href="https://twitter.
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşünə dair mətbuat məlumatı
12 Temmuz 2023 tarihinde SİYASET kategorisinde yayınlandı. Google News

No:367/23, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

5 iyul tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

 

 

 

Görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib.

 

 

 

 

Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

 

 

 

Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb.

 

 

 

 

 

Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən nazir Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.

 

 

 

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no36723

Son Güncelleme: 12 Temmuz 2023 | Etiketler: , , , , , , , , , , , , ,