Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin — BƏYANATIhttps://t.co/WL6AqSwyY6 pic.twitter.com/r6Q0rCGVZC
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 27, 2023
Xəbərlər
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin BƏYANATI
2023
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin
BƏYANATI
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk.
Bu namərd hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır. Bu vandalizmin uzun illərdir ki, ölkəmizin əleyhinə çirkin təbliğatın, milyonlarla soydaşımıza qarşı yersiz və haqsız “mübarizə”nin aparıldığı, Azərbaycana qarşı təxribat xarakterli addımların atıldığı İran İslam Respublikasında baş verməsi təsadüfi deyildir.
Heç şübhəsiz, Azərbaycan dövlətinə qarşı təxribatlar törədənlər və onlara dəstək olanlar hər zaman öz layiqli cavablarını alırlar. 44 günlük Vətən müharibəsində bəzi ölkələr, o cümlədən İran tərəfindən göstərilən dəstəyə baxmayaraq, biabırçı şəkildə məğlubiyyətə uğrayan Ermənistanın və erməni terrorizminin başının əzilməsi bu reallığın bariz nümunəsidir.
Terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza şəfa diləyir, diplomatik nümayəndəliyimizin qorunmasına cavabdeh olan İran İslam Respublikasından bu xain hücumun arxasında duranların ən qısa zamanda müəyyənləşdirilərək layiqincə cəzalandırılmasını tələb edirik.
KAYNAK:http://yap.az/az/view/news/71550/azerbaycan-respublikasinin-iran-islam-respublikasindaki-sefirliyine-silahli-hucumla-elaqedar-yeni-azerbaycan-partiyasinin-gencler-birliyinin-b-e-y-a-n-a-t-i
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin — BƏYANATIhttps://t.co/WL6AqSwyY6 pic.twitter.com/r6Q0rCGVZC
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 27, 2023