Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım tədbiri keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım tədbiri keçirilib
REKLAM ALANI
27.04.2023
A+
A-

 

 

 

 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım tədbiri keçirilib
, 2023
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım tədbiri keçirilib
Bakı şəhərində Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Dağ Yahudiləri Dini İcması və Veteran Tankçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, yerli ictimaiyyətin nümayəndələri və qəhrəmanın ailə üzvləri iştirak ediblər.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanın Birinci Şəhidlər Xiyabanındakı məzarı böyük ehtiramla ziyarət edilib və ruhuna dualar oxunub.

Albert Aqarunovun memorial abidəsi önündə davam edən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev və başqaları çıxış ediblər. Onlar qəhrəmanın şərəfli döyüş yolunun gənclərimizə nümunə olduğunu, 44 gün davam edən Vətən müharibəsində bir çox şəhidlərimiz kimi onun da qanının yerdə qalmadığını vurğulayıblar. Xalqımızın və dünya azərbaycanlılarının Albert Aqarunovun əziz xatirəsini unutmadığına, dünyanın müxtəlif ölkələrində ona həsr olunmuş tədbirlərin və layihələrin həyata keçirildiyinə diqqət cəlb olunub.

Bildirilib ki, 1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı Albert Aqarunov doğma vətəni Azərbaycanın Qarabağ bölgəsinin, Şuşa şəhərinin müdafiəsinə qalxıb. Onun döyüşlərdə nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı, vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı ilə silahdaşlarının böyük hörmətini qazandığı, bütün ölkədə tanındığı, hələ sağlığında “Şuşanın əfsanəsi” adına layiq görüldüyü nəzərə çatdırılıb.

Xatırladaq ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonu 154 nömrəli orta məktəbdə 8-ci sinfi bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirərək, sürücü-mexanik ixtisasına yiyələnib. Birinci Qarabağ müharibəsinədək Gürcüstanın Axalkalaki rayonunda yerləşən sovet ordu hissələrindən birində hərbi xidmət keçib və Suraxanı maşınqayırma zavodunda işləyib. 533 saylı tankın komandiri kimi Şuşa, Xankəndi, Daşaltı və Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edərək, düşmənin onlarla canlı qüvvəsini və çoxlu sayda hərbi texnikasını məhv edib.

 

 

1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-milli-qehremani-albert-aqarunovun-anim-tedbiri-kecirilib-2845

 

 

REKLAM ALANI