Azərbaycanlı rejissor Özbəkistanın fəxri adına layiq görülüb

  Daşkənd şəhərində fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəni Mərkəzinin İdarə Heyətinin üzvü, tanınmış kinorejissor və operator Eldar Məmmədov Özbəkistanın əməkdar kinematoqrafı fəxri adına layiq görülüb.
Azərbaycanlı rejissor Özbəkistanın fəxri adına layiq görülüb
01 Ocak 2024 tarihinde SİYASET kategorisinde yayınlandı. Google News

 

 

 

Azərbaycanlı rejissor Özbəkistanın fəxri adına layiq görülüb

, 2023

 

 

 

Azərbaycanlı rejissor Özbəkistanın fəxri adına layiq görülüb

 

 

 

Daşkənd şəhərində fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəni Mərkəzinin İdarə Heyətinin üzvü, tanınmış kinorejissor və operator Eldar Məmmədov Özbəkistanın əməkdar kinematoqrafı fəxri adına layiq görülüb.

 

 

 

 

Mükafatlandırma mərasimində soydaşımıza fəxri adı “Özbəkkino” Milli Agentliyinin baş direktoru Firdavs Abdülxalikov təqdim edib. Həmyerlimizin özbək milli kinosunun inkişafında xidmətlərinə və xalqlar arasında dostluğa töhfələrinə görə fəxri adla təltif olunduğu nəzərə çatdırılıb.

 

 

 

Eldar Məmmədov 1948-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya operatoru fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziyasında çalışıb.

 

 

1979-cu ildən Özbəkistana köçüb və 2009-cu ilədək Özbəkistanın elmi-populyar və sənədli filmlər kinostudiyasında işləyib. Hazırda Özbəkistanın “Dunyo boylab” Milli Teleradio Şirkətində çalışır. 50 illik yaradıcılığı ərzində 155 sənədli, 30 bədii film, Azərbaycan dilində 120 televiziya verilişi çəkib. Onun müəllif filmləri Azərbaycan, Özbəkistan, Rusiya, İtaliya və İsveçrədə keçirilmiş beynəlxalq kinofestivalların diplomlarını və medallarını qazanıb. 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib.

 

 

 

 

1997-ci ildən bəri Azərbaycan diasporunun və ölkəmizin Özbəkistan səfirliyinin təşkil etdiyi bütün tədbirləri Eldar Məmmədov lentə alır. Azərbaycan diasporunun sifarişi ilə “Əbədi dostluq və qardaşlıq” və “Özbəkistanın tanınmış azərbaycanlıları” sənədli filmlərini yaradıb.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsindən sonra “Heydər Əliyev İli” çərçivəsində “Dostluq Rəmzi” adlı sənədli-bədii filmin çəkilişlərini aparmaq üçün işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər edib. Azərbaycan Ordusunun şücaətini, işğalçı ermənilərin torpaqlarımızda törətdiyi barbarlığı və Azərbaycan dövlətinin apardığı quruculuq-bərpa işlərini, Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən orta məktəbin tikintisini lentə alıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-rejissor-ozbekistanin-fexri-adina-layiq-gorulub-4027

 

 

 

 

Son Güncelleme: 01 Ocak 2024 | Etiketler: , , , , ,