Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Budapeştdəki Azərbaycan Evində türkdilli gənclər üçün Novruz şənliyi təşkil edilib

Budapeştdəki Azərbaycan Evində türkdilli gənclər üçün Novruz şənliyi təşkil edilib
REKLAM ALANI
14.03.2023
A+
A-

 

 

 

 

Budapeştdəki Azərbaycan Evində türkdilli gənclər üçün Novruz şənliyi təşkil edilib
, 2023
Budapeştdəki Azərbaycan Evində türkdilli gənclər üçün Novruz şənliyi təşkil edilib

Budapeştdəki Azərbaycan Evinin təşəbbüsü ilə Macarıstanda təhsil alan və işləyən türk dövlətlərindən olan gənclər üçün Novruz şənliyi keçirilib.

Bayram tədbirində Novruz bayramının tarixindən bəhs edən sənədli film nümayiş olunub, türk xalqlarının Novruz adətləri, həmçinin onların arasındakı ortaq və fərqli cəhətlər barədə danışılıb.

Əksəriyyəti ilk dəfə Azərbaycan Evinə gələn gənclər bu görüşü əməkdaşlığın, birlik ənənəsinin başlanğıcı adlandırıb, birlikdə müxtəlif xalqların milli rəqslərini ifa edib, əyləniblər.

Burada həmyerlilərini tapan, yeni əlaqələr qurmaq fürsəti qazanan gənclər Azərbaycan Evinin əslində belə görüşlər təşkil edərək daha böyük bir missiyaya – birlik missiyasına xidmət etdiyini vurğulayıblar.

Bayram tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak edib və “Vətən uzaqda deyil” proqramının bir buraxılışı üçün çəkilişlər aparıblar.

Verilişdə Azərbaycan Evinin fəaliyyətinə də yer ayrılıb, tədbir iştirakçısı olan türkdilli gənclərlə yanaşı, Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, buradakı həftəsonu məktəbinin azərbaycanlı və əcnəb şagirdləri, onların valideynləri də proqrama müsahibələr veriblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu gün dünyanın müxtəlif ölkələrində 19 Azərbaycan Evi fəaliyyət göstərir və yaxın zamanlarda bu sayın artması gözlənilir.

“Vətən uzaqda deyil” proqramının Budapeştdəki Azərbaycan Evindən hazırlanan xüsusi buraxılışı bu günlərdə İctimai TV-də yayımlanacaq.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/budapestdeki-azerbaycan-evinde-turkdilli-gencler-ucun-novruz-senliyi-teskil-edilib-2584

 

 

REKLAM ALANI