Daşkənd “Qarabağda yenidən doğan günəş” adlı fotosərgiyə ev sahibliyi edir

Daşkənd “Qarabağda yenidən doğan günəş” adlı fotosərgiyə ev sahibliyi edir📌<a href="https://t.
Daşkənd “Qarabağda yenidən doğan günəş” adlı fotosərgiyə ev sahibliyi edir
23 Şubat 2024 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News

 

 

 

Daşkənd “Qarabağda yenidən doğan günəş” adlı fotosərgiyə ev sahibliyi edir

2024

 

 

 

Daşkənd “Qarabağda yenidən doğan günəş” adlı fotosərgiyə ev sahibliyi edir

 

 

 

 

Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənd şəhərində yerləşən Abdulla Qadiri Xatirə muzeyində “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi təşkil olunub.

 

 

 

 

Sərginin açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, Özbəkistanın mədəniyyət, elm və incəsənət xadimləri, alimlər, müxtəlif universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak edib. Səfir Hüseyn Quliyev son illərdə türk dünyasında, o cümlədən ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

 

 

 

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında işğal altında qalan torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, ordumuzun rəşadəti nəticəsində azad edildiyini bildirib.

 

 

 

 

 

Özbəkistanın media nümayəndələrinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə mütəmadi olaraq səfərlər etdiyi qeyd olunub. Özbəkistanın tanınmış fotoqrafı Husniddin Atoyevin işğal azad edilmiş ərazilərdə çəkdiyi unikal şəkillərin “Qarabağda yenidən doğan günəş” adlı fotosərgidə yer aldığı bildirilib. Husniddin Atoyev Azərbaycana təşkil olunmuş mediatura dair təəssüratlarını bölüşərkən erməni vandalizminin izlərinin onu heyrətə saldığını və Azərbaycan və Qarabağ mövzusuna dair çəkilmiş fotoşəkillər əsasında yeni sərgilər keçirməyi planlaşdırıldığını qeyd edib.

 

 

 

 

Sonda iştirakçılar 2020-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Turon kitabxanasında yaradılmış Qarabağ guşəsini ziyarət edib. Guşəyə 5 dildə hazırlanmış “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı”adlı ensiklopedik kitab və Özbəkistanda hazırlanmış poçt markası hədiyyə edilib.

Qeyd edək ki,“Qarabağda yenidən doğan günəş” adlı fotosərgisi cari il 27 fevral tarixinə qədər davam edəcək.

 

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/daskend-qarabagda-yeniden-dogan-gunes-adli-fotosergiye-ev-sahibliyi-edir-4235

 

 

 

Son Güncelleme: 23 Şubat 2024 | Etiketler: , , , , , , , , , , , , , , , , , , , , , ,