Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Gürcüstandakı azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi təşkil edilib

Gürcüstandakı azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi təşkil edilib
REKLAM ALANI
29.08.2023
A+
A-

 

 

 

 

Gürcüstandakı azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi təşkil edilib

2023

 

 

 

 

Gürcüstandakı azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi təşkil edilib

Gürcüstanın Borjomi şəhərində “Heydər Əliyev İli” çərçivəsində qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023″ Yay Düşərgəsi təşkil edilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə avqustun 24-dən start verilən düşərgədə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco bölgələrindən və Tbilisi şəhərindən 54 gənc iştirak edib.

 

Borjomiyə yola düşməzdən öncə düşərgə iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Tbilisidə yerləşən heykəlini ziyarət ediblər. Abidənin önünə əklil qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilib.

 

 

 

 

 

Düşərgənin açılış mərasimində gəncləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayan şöbə müdiri Vüsal Məmmədov bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və müxtəlif ölkələrdə bir çox layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri də avqustun 12-dən 18-dək ümummilli liderin doğulduğu Naxçıvan şəhərində təşkil edilmiş “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi olub. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin analoji təşəbbüslə Komitəyə müraciətinin nəzərə alındığı və Borjomidə bu layihənin təşkil ediıməsinə qərar verildiyi diqqətə çatdırılıb.

 

 

 

 

Heydər Əliyevin müasir Azərbaycan tarixində rolundan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsindən, Komitənin azadlığa qovuşmuş Qarabağın tacı olan mədəniyyət paytaxtımız Şuşada bir sıra irimiqyaslı layihələr həyata keçirməsindən bəhs edilib. Qeyd edilib ki, dövlət başçımızın tapşırığına əsasən, Dünya Azərbaycanlılarının V Qurultanın, Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində xaricdə yaşayan soydaşlarımızın Şuşaya ardıcıl səfərlər etməsi diaspor tarixinə yazılmış şanlı səhifələrdir. Düşərgə iştirakçılarına milli kimliyimizin, doğma dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan həqiqətlərinin və maraqlarının müdafiə olunması kimi məsələlərdə fəal olmaq çağırışı edilib.

 

 

 

 

Sonra Gürcüstan Azərbaycanlılarının İnteqrsiya Mərkəzinin (GAİM) icraçı direktoru Murad Muradov düşərgə iştirakçılarına “Sosial Media” mövzusu ətrafında təlim keçib. Eyni zamanda GAİM-in, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin (rəhbəri Rezo Həsənov), “Alyans” Gənclər Mərkəzinin (icraçı direktoru Rəna Hüseynova) və Dmanisi Tədris Mərkəzinin (rəhbəri Kamran Xıdırov) təqdimatları olub.

Düşərgənin ilk günü intellektual və əyləncəli oyunlarla davam edib.

Qeyd edək ki, “Regional Gənclər Şəbəkəsi Borjomi – 2023” Yay Düşərgəsi avqustun 26-da başa çatıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynakhttps://diaspor.gov.az/az/news-detail/gurcustandaki-azerbaycanli-genclerin-regional-gencler-sebekesi-borjomi-2023-yay-dusergesi-teskil-edilib-3407

 

REKLAM ALANI