Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Haaqada Xocalı abidəsi ziyarət edilib

Haaqada Xocalı abidəsi ziyarət edilib
REKLAM ALANI
01.03.2023
A+
A-

 

 

 

Haaqada Xocalı abidəsi ziyarət edilib
, 2023
Haaqada Xocalı abidəsi ziyarət edilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Xocalı abidəsi ziyarət edilib.

Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi ilə baş tutan anım mərasimində Azərbaycan və Türkiyə səfirləri, ölkələrimizin icma üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Xocalı abidəsinin önünə əklillər düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Türkiyənin Niderland Krallığındakı səfiri Səlçuk Ünal və Cənubi Holland regionu üzrə Xristian-Demokrat Çağırış Partiyasının şura üzvü Maykl Roksir çıxış ediblər.

Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə “iki dövlət, bir millət”in diasporunun var gücü ilə çalışmasının önəmi vurğulanıb, Azərbaycan dövlətinin soyqırımı törədənlərin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edilib. Qardaş Türkiyə xalqının hər zaman Azərbaycanı dəstəklədiyi, sevincini və kədərini bölüşdüyü, Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Abidənin önündə şamlarla “Xocalıya ədalət!” tələbi həkk olunub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/haaqada-xocali-abidesi-ziyaret-edilib-2467

 

 

 

REKLAM ALANI