Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib

Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib 2024   Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib📌 <a href="https://t.
Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib
03 Nisan 2024 tarihinde Bugün, GÜNDEM kategorisinde yayınlandı. Google News

Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib

2024

 

 

 

 

Həmyerlimiz beynəlxalq hüquq konfransında iştirak edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan həmyerlimiz Tofiq Şəhniyarov Cinayət mühakiməsi və İnsan Haqları üzrə Sirakuza Beynəlxalq İnstitutu tərəfindən keçirilən konfransda iştirak edib. “Beynəlxalq cinayət hüququ, beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq” adlı doktorantların 3-cü beynəlxalq konfransı İtaliyanın Sirakuza şəhərində keçirilib. Konfransa dünyanın müxtəlif ölkələrindən hüquq üzrə doktorant tələbələr, müşahidəçilər və alim-professor heyəti qatılıb. Soydaşımızın öz dissertasiya mövzusu olan “Beynəlxalq cinayətlərdə dövlət siyasəti elementi” adlı təqdimatı və çıxışı maraqla qarşılanıb.

Qeyd edək ki, Tofiq Şəhniyarov hazırda Birləşmiş Krallığın London Midlseks Universitetində (“Middlesex University London”) hüquq üzrə doktorantura təhsili alır. O, 2019-cu ildə Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” ixtisasını fərqlənmə, 2022-ci ildə isə ADA Universitetinin “Dövlət idarəetməsi” ixtisasını “Tədqiqat köməkçisi” adlı tam təqaüdlə bitirib. Bir sıra dövlət və beynəlxalq layihələrdə layihə köməkçisi və eksperti kimi fəaliyyət göstərir. Həmçinin hazırda təhsil aldığı universitetdə “Beynəlxalq ümumi hüquq” fənnini tədris edir.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/hemyerlimiz-beynelxalq-huquq-konfransinda-istirak-edib-4495

Son Güncelleme: 03 Nisan 2024 | Etiketler: , , , , , , , , , , , , , , , , , , , , , , ,