İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
20 Haziran 2022 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Görüşdə dövlətimizin başçısı bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinin qeyd edildiyini, mart ayında Şuşada bununla əlaqədar konfransın keçirildiyini və bunun xüsusi rəmzi məna daşıdığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ixtisaslaşmış təşkilatları ilə sıx əməkdaşlıq etdiyini vurğuladı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışdı. Dövlətimizin başçısı Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini və ölkənin əsas inkişaf göstəricilərinin davamlı surətdə artdığını qeyd etdi.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpasının və yenidən qurulmasının hazırda ölkəmizin gündəmində prioritet vəzifələrdən biri olduğunu, Azərbaycanın böyük mina problemi ilə üzləşdiyini də dedi, 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirdi.

Tatyana Valovaya Azərbaycana səfər etməkdən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirakından, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə etdi.

Qonaq Azərbaycanda dövlət səviyyəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xüsusi diqqət yetirilməsinin önəmini bildirdi. O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolunun artırılmasına dair konsepsiya ilə çıxış etdiyini və bu xüsusda işlərin aparıldığını dedi.

Söhbət zamanı Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi və ixtisaslaşmış təşkilatları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56465

Son Güncelleme: 20 Haziran 2022 | Etiketler: , , ,