Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Marneulidə “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib

Marneulidə “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib
REKLAM ALANI
18.05.2023
A+
A-

 

 

 

Marneulidə “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib
, 2023
Marneulidə “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” mövzusunda tədbir keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin, ADDF-in, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsini şöbə müdirinin müavini Şəfəq Binnətova təmsil edib.

Gürcüstan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov açıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladan direktor dünyanın müxtəlif ölkələrində olduğu kimi, qonşu Gürcüstanda da Heydər Əliyevin yubileyi ilə bağlı silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.

 

 

 

 

Heydər Əliyevin daxili və xarici siyasətindən, eləcə də dünya azərbaycanlıları ilə görüşlərindən bəhs edən filmin nümayişi ilə davam edən tədbirdə ADDF-in icraçı direktor müavini Şahin Camalov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok, Marneuli bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşı Mirzə Süleymanov, Gürcüstan parlamentinin keçmiş deputatı, Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladze, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov, Gürcüstan Prezidentinin milli məsələlər üzrə sabiq müşaviri Mübariz Qarayev və digər qonaqlar çıxış ediblər. Ulu öndərin həm sovetlər dövründə, həm də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirdiyi, önun uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçdiyi, bu ölkədə yaşayan soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

Tədbir çərçivəsində “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində dərc olunmuş “Heydər Əliyev – 100” kitabı qonaqlara hədiyyə edilib.

Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsləri və musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/marneulide-heyder-eliyev-gurcustan-azerbaycanlilari-adli-tedbir-kecirilib-2966

 

 

REKLAM ALANI