Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşünə dair mətbuat məlumatı

 Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşünə dair mətbuat məlumatı ➡️ <a href="https://t.
Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşünə dair mətbuat məlumatı
02 Kasım 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News

 

 

 

No:620/23, Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

 

 

 

Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

 

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə mövcud əməkdaşıq gündəliyinin inkişafının məmnunluq doğurduğu qeyd olunub. Münasibətlərin gələcək inkişaf perspektivlərinin müzakirəsi, habelə mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

 

 

 

Çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və s. çərçivəsində Azərbaycan və BƏƏ arasında qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın mövcudluğundan bəhs edilib, BƏƏ tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə görə minnətdarlıq ifadə edilib.

 

Enerji təhlükəsizliyi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində iki ölkənin qarşılıqlı faydalı birgə fəaliyyəti, o cümlədən cari ilin 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasiminin keçirilməsinin bu istiqamətdə BƏƏ-nin “Masdar” şirkəti ilə reallaşdırılması nəzərdə tutulan layihələr üçün uğurlu başlanğıc olacağına dair inam ifadə edilib.

 

 

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

 

 

 

BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.

 

Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.

 

 

 

Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.

 

Nazir Abdullah bin Zayed Al Nəhyan, iki ölkə arasında qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında müstəsna rol oynadığını qeyd edərək, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinə töhfə verdiyini diqqətə çatdırıb.

 

 

BƏƏ-nin Azərbaycanla ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no61923

 

 

 

 

Son Güncelleme: 02 Kasım 2023 | Etiketler: , , , , , ,