Nyu Yorkda “Divanü lüğət-it türk”ün latın qrafikalı ilk əlyazmasının yeni nəşri təqdim olunub
2024
Nyu Yorkda “Divanü lüğət-it türk”ün latın qrafikalı ilk əlyazmasının yeni nəşri təqdim olunub
https://x.com/DiasporaAz/status/1857675499645915587
Nyu Yorkda Türk Evində Mahmud Kasğarinin “Divanü lüğət-it türk” əsərinin 86 il sonra tapılan latın qrafikalı ilk əlyazmasının kitab halında yeni nəşrinin təqdimatı və sərgisi keçirilib. Tapılan əlyazma özbək əsilli türkoloq, repressiya qurbanı Xalid Səid Xocayevə məxsusdur.
https://x.com/DiasporaAz/status/1857675499645915587
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin rəhbərliyi ilə işıq üzü görən kitabın “Ön söz”ünün müəllifi İsa Həbibbəyli, elmi redaktoru Türk Dil Qurumunun rəhbəri, professor Osman Mertdir.
Təqdimat Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və UNESCO GYC üzvü, UNESCO Elektoral qrupunun eksperti, UNESCO “Dünya Dilləri Atlası” layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyevanın təşkilatçılığı ilə hibrid formatda baş tutub.
Tədbirdə Xalid Səid Xocayevin yadigarı, Kanadada yaşayan nəvəsi Əfruz Məmmədova ailəsi ilə birgə iştirak edib.
https://x.com/DiasporaAz/status/1857675499645915587
Əvvəlcə “Divan”-ın tarixinə həsr olunmuş video təqdimat nümayiş olunub, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açılış nitqi ilə çıxış edib.
https://x.com/DiasporaAz/status/1857675499645915587
Milli Məclisin sədrinin müavini, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, bu tapıntının müəllifi, Türk Dil Qurumunun fəxri üzvü, professor Nadir Məmmədli, Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti professor Bəhrəm Abdulxalimov, görkəmli türkoloq Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, tədqiqatçı-jurnalist, AMEA-nın Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri Almaz Ülvi Binnətova, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova çıxış edərək öz fikir və təəssüratlarını bölüşüblər.
https://x.com/DiasporaAz/status/1857675499645915587
Daha sonra Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında bəhs edən qısametrajlı bədii film göstərilib.
Təqdimat çərçivəsində Xalid Səid Xocayevin həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş olunub. Sərgidə kitabın yeni nəşri, Xalid Səid Xocayevin arxivi – “Keçmiş günlər”, “Müxtəsər üslubiyyat”, elmi-publisistik əsərlərinin siyahısı, özünün yazdığı tərcümeyi-halı, ailə fotoları, alimin həyat və yaradıcılığından bəhs edən kitablar yer alıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1857675499645915587
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-quot-divanu-luget-it-turk-quot-un-latin-qrafikali-ilk-elyazmasinin-yeni-nesri-teqdim-olunub-5272
https://x.com/DiasporaAz/status/1857675499645915587
Son Güncelleme: 18 Kasım 2024 | Etiketler: AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Divanü lüğət-it türk, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, ilk əlyazmasının yeni nəşri təqdim olunub, İş üzrə Dövlət Komitəsi, latın qrafikalı, Muradov, Nyu Yorkda "Divanü lüğət-it türk"ün latın qrafikalı ilk əlyazmasının yeni nəşri təqdim olunub, Nyu Yorkda Türk Evi, Nyu-York, Nyu-Yorkda, Öf, Republic of Azerbaijan, THE
ŞANLIURFA İL JANDARMA KOMUTANI TUĞGENERAL MÜCAHİT AVKIRAN`DAN BİRECİK ŞEHİT GAZİ TEMSİLCİSİ ABDULLAH UÇAR `A ZİYARET
TÜRK DÜNYASI’NIN GÖNÜL ELÇİSİ SEYFULLAH TÜRKSOY, BİR BÜYÜK BULUŞMAYA DAHA İMZA ATTI
Rustavidə Zəfər Günü münasibətilə tədbir keçirilib
Millət vəkili Məşhur Məmmədov, “Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi”, ÖZEL
Anton Demidov: 5 binden fazla Genç Muhafız aktivisti kurtarılmış bölgelerde gönüllü ve insani görevlerde bulundu
Vladimir Yakushev, MGER’in LPR’de bir Gençlik Evi oluşturma önerisini destekledi