Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb ,ÖZƏL

Ülker Piriyeva - Azerbaycan 1453 Kral Media - Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb.
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb ,ÖZƏL
01 Şubat 2023 tarihinde Bugün, DÜNYA, EĞİTİM, EKONOMİ, KÜLTÜR SANAT, MAGAZİN, SAĞLIK, SPOR, TEKNOLOJİ kategorisinde yayınlandı. Google News

Ülker Piriyeva – Azerbaycan

1453 Kral Media – Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb.

İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadənin geniş vüsət aldığı bir dönəmdə Hüquq və İnsan Haqları İnstitutu “publik hüquqi şəxs” statusu almış bir sıra qurum və agentliklərin sosial şəbəkələrdə vətəndaşlarla təmasının monitorinqini və təhlilini aparmışdır.

Bildiyimiz kimi, sosial şəbəkələr çox böyük informasiya resursudur. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyaları əldə etmək üçün sosial şəbəkələrə üz tutur. Təhlilin hədəfi publik hüquqi şəxslərin ən çox hansı sosial şəbəkə platformalarından istifadə etməsini, vətəndaşların bu sosial şəbəkələrdən məlumat əldə etmək azadlığını və publik hüquqi şəxslərin izləyici auditoriyasının sayını müəyyən etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş 39 publik hüquqi şəxs daxil olmaqla ümumilikdə 46 publik hüquqi şəxs haqqında aparılan təhlillər əsasında onların rəsmi sosial şəbəkə səhifələrinin (facebook, instagram, teleqram, youTube, twitter, linkedin) fəaliyyət statistikası araşdırılaraq aşağıdakı nəticələrə gəlinmişdir:

• Facebook sosial şəbəkə platformasında ən çox izləyici auditoriyası olan və ən fəal publik hüquqi şəxslər: Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) – 227 min izləyici, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – 79 min izləyici, Bakı Nəqliyyat Agentliyi – 62 min izləyici, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – 60 min izləyici; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” – 38 min izləyici;
• İnstagram: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi – 111 min izləyici, AZƏRTAC-70.7 min izləyici, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi – 70 min izləyici, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) – 50 min izləyici, Azərbaycan Respublikasının Gənclər Fondu – 36 min izləyici;
• Linkedin: Bakı Nəqliyyat Agentliyi – 8.7 min izləyici, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – 6.6 min izləyici, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu – 3 min izləyici, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs (ABAD) – 2 min izləyici;
• Telegram: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – 12 min izləyici, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – 4 min izləyici, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu – 2.97 min izləyici;
• Twitter: AZƏRTAC – 16 min izləyici, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” – 9 min izləyici, Azərbaycan Respublikasının Gənclər Fondu – 6 min izləyici, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi –2.7 min izləyici.

Facebook sosial şəbəkə platformasında ən çox izləyici auditoriyasına malik və ən fəal olan publik hüquqi şəxslər (1K = 1000 nəfər)

İnstagram sosial şəbəkə platformasında ən çox izləyici auditoriyasına malik və ən fəal olan publik hüquqi şəxslər (1K=1000nəfər)

Linkedin sosial şəbəkə platformasında ən çox izləyici auditoriyasına malik və ən fəal olan publik hüquqi şəxslər (1K=1000nəfər)

Telegram sosial şəbəkə platformasında ən çox izləyici auditoriyasına malik və ən fəal olan publik hüquqi şəxslər (1K = 1000 nəfər)

Twitter sosial şəbəkə platformasında ən çox izləyici auditoriyasına malik və ən fəal olan publik hüquqi şəxslər (1K = 1000 nəfər)

Son Güncelleme: 01 Şubat 2023 | Etiketler: , , , , , , , , ,