Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Qara Qarayevin ABŞ-də yaşayan nəvəsinin yeni albomu işıq üzü görüb

Qara Qarayevin ABŞ-də yaşayan nəvəsinin yeni albomu işıq üzü görüb
REKLAM ALANI
16.02.2024
A+
A-

 

 

 

Qara Qarayevin ABŞ-də yaşayan nəvəsinin yeni albomu işıq üzü görüb

, 2024

 

 

 

Qara Qarayevin ABŞ-də yaşayan nəvəsinin yeni albomu işıq üzü görüb

 

 

 

ABŞ-də yaşayan saksofon ifaçısı, bəstəkar və cazmen Zülfüqar Bağırov məhşur türk gitara ifaçısı Koray Ergünlə birgə Vaşinqton şəhərində “Live @ Rhizome DC” adlı yeni albomunu ərsəyə gətirib.

 

 

 

Həmyerlimiz Vaşinqtonda bir sıra konsert proqramları ilə çıxış edir, okeanın o tayında ölkəmizi layiqincə təmsil edir. İstedadlı ifaçının çıxış etdiyi konsert proqramları tamaşaçıların böyük alqışları ilə qarşılanır və xüsusi marağına səbəb olur.

 

 

 

Qeyd edək ki, Zülfüqar Bağırov məşhur Azərbaycan bəstəkarları Qara Qarayev və Zakir Bağırovun nəvəsidir. O, Bakıda anadan olub, təhsilini Azərbaycan, Türkiyə və ABŞ-də alıb, hazırda Vaşinqtonda yaşayır. Əvvəlcə klassik klarnet ifaçısı kimi təhsil alan Zülfüqar Bağırov bədii karyerasının ilk illərində caza dərin maraq göstərib. Onun müəllimləri arasında tanınmış saksofonçu Billi Pirs və klarnet ifaçısı, Bostonun nüfuzlu Berkli Musiqi Kollecinin professoru Harri Skoler də yer alıb.

 

 

 

İstedadlı cazmenin bundan öncə də Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-də “QaraBağ: ZulfiqaRenatuS” diski işıq üzü görüb. Diskdə Azərbaycan klassik musiqi nümunələri Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim edilib.

 

 

 

Albomu dinləmək üçün link:

https://listen.music-hub.com/Jjy6N7

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qara-qarayevin-abs-de-yasayan-nevesinin-yeni-albomu-isiq-uzu-gorub-4218

 

 

 

 

REKLAM ALANI