Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Sankt-Peterburqda azərbaycanlıların Leninqradın müdafiəsində göstərdikləri şücaətdən danışılıb

Sankt-Peterburqda azərbaycanlıların Leninqradın müdafiəsində göstərdikləri şücaətdən danışılıb
REKLAM ALANI
02.12.2023
A+
A-

 

 

 

 

Sankt-Peterburqda azərbaycanlıların Leninqradın müdafiəsində göstərdikləri şücaətdən danışılıb

, 2023

 

 

 

Sankt-Peterburqda azərbaycanlıların Leninqradın müdafiəsində göstərdikləri şücaətdən danışılıb

Sankt Peterburq şəhərində Leninqradın blokadasının yarılmasının 80 illiyi çərçivəsində azərbaycanlıların Rusiyanın şimal paytaxtının müdafiəsində nümayiş etdirdiyi qəhrəmanlıqlara həsr olunmuş mədəni-maarifçilik tədbiri keçirilib.

 

 

 

“Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin təşkilatçılığı və müvafiq dövlət qurumlarının dəstəyi ilə Sankt-Peterburq Dövlət Tarix Muzeyində baş tutan tədbirdə yerli hökumətin, ictimaiyyətin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun nümayəndələri və Bakıdan gələn qonaqlar iştirak ediblər.

Tədbir II Dünya müharibəsində azərbaycanlıların iştirakını, hünərini əks etdirən tarixi faktların təqdimatı ilə başlayıb.

 

 

 

Sonra tədbirdə “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan Milli-Mədəniyyət Muxtariyyəti”nin sədri Vaqif Məmişov, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Sankt-Peterburqun beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini Yevgeni Kassyura, şəhər qanunvericilik məclisinin deputatı, “Vahid Rusiya” hakim partiyası fraksiyasının rəhbəri Pavel Krupnik, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin başçısı Vladimir Zapevalov, blokada Leninqradının sakini Vera Rakova, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi komitəsinin sədri Oleq Kapitanov, Leninqrad vilayətinin yerli özünüidarə, millətlərarası və konfessiyalararası münasibətlər komitəsi sədrinin müavini Andrey Panov və başqaları çıxış ediblər. Onlar Leninqradı müdafiə edən qəhrəmanlara, o cümlədən azərbaycanlılara göstərdikləri fədakarlıqlara və şücatətlərə görə minnətdarlıqlarını və ehtiramlarını bildiriblər. Tədbirin ictimai şüura, şəhərin və bütövlükdə ölkənin mədəni irsinə mühüm töhfə olduğu vurğulanıb.

 

 

 

 

Bədii hissədə Timofey Uboqix və Anna Sudarevanın skripkada ifasında konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində Leninqradın qəhrəman müdafiəçilərinin şərəfinə ucaldılmış monument ziyarət edilib, Leninqardın müdafiəsini və blokadasını əks etdirən ekspozisiya nümayiş olunub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/sankt-peterburqda-azerbaycanlilarin-leninqradin-mudafiesinde-gosterdikleri-sucaetden-danisilib-3860

 

 

 

 

REKLAM ALANI