Serbiya-Azərbaycan əlaqələri dostluq üzərində qurulub

Xəbərlər Serbiya-Azərbaycan əlaqələri dostluq üzərində qurulub 26 Dekabr 2022 Məşhur Məmmədov Milli Məclisin deputatı Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərin göstəricisidir.
Serbiya-Azərbaycan əlaqələri dostluq üzərində qurulub
26 Aralık 2022 tarihinde Bugün, DÜNYA, EĞİTİM, EKONOMİ, GÜNDEM, MAGAZİN, SİYASET, TEKNOLOJİ kategorisinde yayınlandı. Google News

Xəbərlər

Serbiya-Azərbaycan əlaqələri dostluq üzərində qurulub

26 Dekabr 2022

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərin göstəricisidir. Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.

Serbiya və Azərbaycan arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışında bildirib ki, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaq.

Serbiya və Azərbaycan arasında çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.

Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri bizi çox narahat edir. Qlobal böhrana gedən bir dövrdə ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq. Təkcə iqtisadiyyat deyil, nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün ölkənin müvafiq qurumları fəal işləməli, aidiyyəti qurumlar arasında təmaslar yaranmalıdır.

Əməkdaşlığımızın bir hissəsi energetika sektorudur. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə

Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaq.

Xatırladaq ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.

Perspektivli əməkdaşlıq istiqamətlərindən biri müdafiə sənayesi sahəsidir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

Bir sözlə, Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.

 

 

kaynak:http://yap.org.az/az/view/news/70429/serbiya-azerbaycan-elaqeleri-dostluq-uzerinde-qurulub-

Son Güncelleme: 26 Aralık 2022 | Etiketler: , , , , , , , , , , ,