Stokholm şəhərində fəaliyyət göstərən “#Qarabağ” həftəsonu #Azərbaycan məktəbində 26 fevral tarixli dərsin mövzusu Xocalı soyqırımının 31-cü ildönümünə həsr olunub.
📌 https://t.co/UAca1dtohf#JusticeforKhojaly#XocalıyaƏdalət pic.twitter.com/uNsbvQspPr
— Azerbaijani Diaspora (@DiasporaAz) February 28, 2023
Stokholm “Qarabağ” məktəbində Xocalı soyqırımı haqqında məlumat verilib
, 2023
Stokholm “Qarabağ” məktəbində Xocalı soyqırımı haqqında məlumat verilib
Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində 26 fevral tarixli dərsin mövzusu Xocalı soyqırımının 31-cü ildönümünə həsr olunub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan dili müəllimi Samirə Ələkbərova və Səbinə Həbibova Xocalının tarixi, faciədən əvvəl əhalinin sayı və tərkibi, coğragiyası, tarixi-mədəni abidələri barədə ətraflı məlumat veriblər. Dünya azərbaycanlılarının, o cümlədən İsveçdə yaşayan soydaşlarımızın “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardıqları, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsini və bu dəhşətli faciəni törədən erməni cinayətkarlarının ədalət məhkəməsinə cəlb olunması məqsədilə qətiyyətli addımlar atılmasını tələb etdikləri nəzərə çatdırılıb.
Xocalı faciəsinə ithaf olunmuş şeirləri səsləndirən şagirdlər “Xocalıya ədalət!” çağırışını nümayiş etdirib, anım guşəsinə güllər düzüb, şamlar yandırıblar.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/stokholm-qarabag-mektebinde-xocali-soyqirimi-haqqinda-melumat-verilib-2479